Modern.az xəbər verir ki, bu gün Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Senon Medina Kintero Bakı Ali Neft Məktəbində olub. Qonağı qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru cənab Elmar Qasımov bildirib ki, Kuba ilə Azərbaycan arasında hər zaman isti münasibətlər olub və bu gündə isti və dost münasibətlər yüksəksəviyyədə davam etməkdədir. Bakı Ali Neft Məktəbinin fəaliyyəti haqqında qonağa ətraflı məlumat verən E.Qasımov qeyd edib ki, Bakı Ali Neft Məktəbinin yaranmasında əsas məqsəd günü gündən inkişaf edən Azərbaycan üçün yüksək ixtisaslı kadrların hazırlanması olub.
Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edərək bildirib ki,beynəlxalq təhsil sisteminin tələblərinə uyğun yaradılmış Bakı Ali Neft Məktəbinin önəmv verdiyi əsas məsələlərdən biridə dünya dövlətlərinin aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır. Qısa müddət ərzində bu istiqamətdə görülmüş işlər haqqında məlumat verən Elmar Qasımov qeyd edib ki, KubaRespublikasının elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulması xüsusi maraq kəsbedir.
Səfir Senon Medina KinteroBakı Ali Neft Məktəbinə gəlişindən məmnunluq hissi keçirdiyini bildirib. O qeyd edib ki, Azərbaycanda yüzlərlə Kubalı tələbələr təhsil alıblar və bugündə alanlar var. Baxmayaraq ki, Kubada neft-qaz sənayesi o qədər də inkişaf etməyib, amma təhsil alan tələbələrin əksər hissəsi demək olar bu ixtisaslar üzrə təhsil alıblar və o nların bir çoxu bu gün Kubada yüksək vəzifələrdə fəaliyyət göstərirlər. Müasir tipli texnikanın ali məktəbin daxilində yaradılmasının çox vacib olduğunu vurğulayıb. Sonda səfir onuda qeyd edib ki, Kuba hökuməti təhsil sahəsində Azərbaycanla əlaqələrin qurulmasında maraqlıdır .

Modern.az