Modern.az

11-ci sinifdə oxuyan qız özünü öldürüb

11-ci sinifdə oxuyan qız özünü öldürüb

Təhsil

18 Noyabr 2013, 19:07

Hadisə Zaqatala rayonunun Danaçı kəndində baş verib

Zaqatala Rayon Prokurorluğundan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Danaçı kəndində baş verib.

Zaqatala rayonu Danaçı kənd sakini, 1996-cı il təvəllüdlü Ayzanat Yusif qızı Mehdiyeva özünü yaşadığı evdə asaraq intihar edib.

A.Mehdiyevanın hansı səbəbdən intihar etməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Zaqatala Rayon Prokurorluğundan o da bildirilib ki, Ayzanat Mehdiyeva Danaçı kənd orta məktəbinin 11-ci sinif şagirdidir.

 

Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı