Modern.az

Vilnüsdə Azərbaycanda insan haqlarının durumu müzakirə olunacaq

Vilnüsdə Azərbaycanda insan haqlarının durumu müzakirə olunacaq

Təhsil

28 Noyabr 2013, 16:28

Avropa Birliyinin Vilnüsdə keçirilən sammitinin açılışında Litvanın prezidenti xanım Dalia Qribauskaytė, Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Stefan Füle, ABŞ-ın Demokratiya Dəstək Fondunun vitse-prezidenti Nadia Duk və digərləri çıxış ediblər.

Modern.az-ın məlumatına görə, bu barədə sammitdə iştirak edən iqtisadçı Qubad İbadoğlu məlumat verib. O bildirib ki, Moldova və Gürcüstanla assosiasiya və azad ticarət, Azərbaycanla və digər üzv ölkələrlə isə viza sadələşdirilməsinə dair sazişlər imzalanıb: “Forumda elan olundu ki, bundan sonra Moldova vətəndaşları Avropa Birliyinə vizasız gedə biləcəklər”.
Sammitin gündəmində olan məsələlərdən biri də Azərbaycanda və Belarusda insan haqları və vətəndaş cəmiyyətinin durumu məsələləridir.  

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı