"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar 29 noyabr 2013-cü il tarixində saat 09:00-dan 17:00-dək Ağdaş şəhəri daxil olmaqla rayonun bir hissəsinə, saat 09:00-dan 18:00-dək Şamaxı, Balakən, Yevlax şəhərləri daxil olmaqla rayonların bir hissəsinə, saat 09:00-dan 19:00-dək Astara rayonunun bir hissəsinə, saat 10:00-dan 13:00-dək Sabunçu rayonunun bir hissəsinə, saat 10:00-dan 14:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 10:00-dan 17:00-dək İsmayıllı rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.
Fasilələr, həmçinin saat 10:00-dan 18:00-dək Qazax, Ucar və Qaradağ rayonlarının bir hissəsində, saat 12:00-dan 14:00-dək Salyan rayonunun bir hissəsində, saat 14:00-dan 17:00-dək Nərimanov və Binəqədi rayonlarının bir hissəsində müşahidə olunacaq.
Modern.az