Modern.az

BYD-nin bu modelinin Avropada satışı qadağan olundu

BYD-nin bu modelinin Avropada satışı qadağan olundu

Dünya

Bu gün, 13:32

Niderlandın Haaqa şəhərində məhkəmə Çinin BYD şirkətinin "Ti7 SUV" modelinin Avropa İttifaqında satışını qadağan edib.

Modern.az-ın xəbərinə görə, qərara səbəb avtomobilin “Jaguar Land Rover”in (JLR) “Defender” modelinin dizaynını təqlid etməsi olub.

Məhkəmə həmçinin iş yekunlaşana qədər avtomobilin BYD-nin Macarıstandakı zavodunda istehsalını qadağan edib.

JLR əqli mülkiyyət hüquqlarının pozulduğunu bildirərkən, BYD ittihamları rədd edib və qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə