Modern.az

Bakıda supermarketdən yağ oğurlayan kişi həbs olunmadı

Bakıda supermarketdən yağ oğurlayan kişi həbs olunmadı

Hadisə

Bu gün, 13:12

Bakıda marketdən oğurluq edilib.

Modern.az xəbər verir ki, hadisə "Tam store" supermarketlər şəbəkəsinin Xəzər rayonu ərazisində yerləşən filiallarından birində qeydə alınıb.

51 yaşlı Fikrət Şükürov (ad şərti) həmin marketdən hər birinin dəyəri 26 manat 95 qəpik olan 2 ədəd "Valio" markalı yağ oğurlayıb. Daha sonra Fikrət həmin yağları da götürərək Binə qəsəbəsində yaşadığı evə gedib. O, növbəti dəfə çörək almaq üçün "Tam store" mağazasına daxil olmaq istəyəndə mühafizəçilər onu polisə təhvil vermək üçün zirəmiyə aparıblar. Bundan sonra Fikrət Şükürov polisə təhvil verilib və barəsində müvafiq maddə ilə protokol tərtib olunub.

F. Şükürov əməlindən peşman olduğunu və ilk dəfədir ki, belə hadisə törətdiyini deyib. Məhkəmə dəyən ziyanın məbləğini, F. Şükürovun etirafını və peşman olmasını, həmçinin onun 2 övladının olduğunu nəzərə alıb.

Qərara əsasən, Şərur rayon sakini olan Fikrət Şükürov 160 saat ictimai işlər cəzasına məhkum olunub. Həmin müddət ərzində o, habelə elektron nəzarət cihazını da üzərində daşımalıdır.

 

İlyas Turan

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə