Modern.az

Abel Məhərrəmov: “Cəmil Həsənli hələ iki il əvvəl öz ərizəsilə işdən çıxıb”

Abel Məhərrəmov: “Cəmil Həsənli hələ  iki il əvvəl öz ərizəsilə işdən çıxıb”

Təhsil

3 Dekabr 2013, 14:44


Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Milli Şuranın prezidentliyə sabiq namizədi, professor Cəmil Həsənlinin universitetdən işdən çıxarılması barədəki xəbərə münasibət bildirib.

Modern.az xəbər verir ki, A.Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib ki, C.Həsənli hələ 2 il əvvəl xəstəliklə əlaqədar öz ərizəsi ilə işdən çıxıb: “Bu məsələ indi niyə yada düşüb, mən bilmirəm”.

A.Məhərrəmov bildirib ki, professor Cəmil Həsənlinin işdən çıxarılmasını növbəti dəfə gündəmə gətirmək düzgün deyil. “Biz hətta ona yenidən dərs vermək istəyirdik. Amma Cəmil Həsənli buna da vaxt çatdıra bilmədi.

“ Yayılan məlumatlar isə tam yalandır”-deyə A.Məhərrəmov qeyd edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı