Modern.az

Benzin bahalaşdı, amma təyyarə biletləri ucuzlaşıb

Benzin bahalaşdı, amma təyyarə biletləri ucuzlaşıb

Təhsil

3 Dekabr 2013, 19:37

“Qatar Airways” şirkəti (Qətər Hava Yolları) Bakıdan bəzi istiqamətlərdəki ekonom sinif biletlərin qiymətinə endirim aksiyasına başlayıb. Bu haqda Azərtac məlumat yayıb.

Şirkətin Bakı nümayəndəliyindən verilən məlumata görə, “Qatar Airways” ilə səyahət etmək istəyənlər bu ilin dekabrın 2-dən 2014-cü il yanvarın 31-dək Bakıdan Tbilisiyə 248, Dubaya 265, Əbu-Dabiyə 310, Banqkoka 685, Kolomboya 617, Pekinə 525 manata səyahət edə bilərlər.

Aksiya 2013-cü il dekabrın 2-dən 20-dək alınan biletlərə şamil olunacaqdır.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...