Modern.az

Eldar Namazov: “Ad günümün siyasiləşdirilməsini istəmirəm” - MÜSAHİBƏ

Eldar Namazov: “Ad günümün siyasiləşdirilməsini istəmirəm” - MÜSAHİBƏ

Təhsil

23 Dekabr 2013, 15:22

Bu gün keçmiş dövlət müşaviri, politoloq Eldar Namazovun ad günüdür. Modern.az saytı 57 yaşını qeyd edən Namazova təbriklərini çatdırıb.

– Budəfəki doğum gününüzü necə keçirmək fikrindəsiniz?

– Adətən, on ildən bir doğum günümü qeyd edirəm. 40, 50 yaşımda fərqli doğum günü keçirmişəm. İnşallah bir neçə ildən sonra da geniş keçirərik. Builki doğum günüm mənim üçün sadəcə adi iş günlərindən biridir. Təbii ki, dostlardan, qohumlardan doğum günü təbriklərini alıram. İnternet şəbəkələrdə, saytlarda, məni təbrik edən hər kəsə xüsusi təşəkkürümü bildirirəm.

– Doğum gününüzü adi günlərdən biri kimi keçirirsiniz. Maraqlıdır, bəs ailəniz bu günü sizinlə keçirmək istəsə necə?

– Təbii ki, ailəmlə birgə olacağam. Ailənin özəlliyi başqadır.

– Yeri gəlmişkən, oğlunuzun xeyir işinin olması haqqında söz-söhbətlər gəzirdi. Belə deyək də, toy olacaq?

– Bu haqda müəyyən şayiələr gəzir. Evlilik məsələsi yalnız oğlumun ixtiyarındadır. Toyun nə vaxt olacağına yalnız oğlum qərar verə bilər. Bizim ailədə oğlumun qərarı əsasdır.

– Doğum gününüzlə yeni ilin qarşılanması arasında o qədər də uzun məsafə yoxdu. Dostlarla daha çox hansına üstünlük verirsiniz?

– Çox vaxt dostlarla bayramları birləşdiririk. Yaxın dostlarımın çoxu 1964-cü ildən bir yerdə birinci sinfə getmişik. Həmin ilin üstündən 49 il keçib. Gələn il dostluğumuzun 50 ili qeyd olunacaq. Ona görə də dostlarımın bəzilərinin doğum günü yanvarın əvvəlinə təsadüf etdiyindən həm bayramı, həm onların, həm də özümün doğum günümü birləşdirərik. Çünki hər 4-5 gündən bir yığışmaq çətin olur.

– Yaşınızın üstünə bir yaş da əlavə olundu. Geriyə baxanda peşman olduğunuz illər varmı?

– Bu konkret illərlə bağlı deyil. Ümumiyyətlə, həyatda hər atılan addım ola bilsin ən düzgün addım olmayıb. Ola bilsin ki, hadisələr qiymətini dəyişib. Bu da təbiidir. Vaxt keçir, informasiya əldə edirsən, həyat təcrübəsi toplayırsan. İnsan gərək həmişə atdığı addımlara tənqidi yanaşsın. Bu mənada mənim özümdən böyük tənqidçim yoxdur. Daxilən həmişə hər addımımı götür-qoy etmişəm və ilk növbədə məni ən çox narahat edən də atdığım addımın ictimai maraqlara uyğundurmu, cəmiyyətimiz, xalqımız üçün düzgündürmü?! Bir çox hallarda bu da problem yaradır. Adətən insanlar ilk növbədə öz şərti qrup maraqlarını əsas götürüb nəsə edirlər. Ancaq ictimai maraqları əsas götürüb hərəkət etsək, həmişə çətin olur Amma mən heç nədən heyfsilənmirəm. Hesab edirəm ki, mənim mövqeyim cəmiyyətə bəllidir. Əgər ictimai rəydə bu mövqeyi bölüşən anlar xeyli dərəcədə varsa, deməli, düzgün yoldayam.

– Adətən kişilər hədiyyə almağı sevmir. Maraqlıdır, Eldar Namazov xüsusi hədiyyə gözləyirmi?

– Hədiyyə verməyi daha çox sevirəm. Həm ad günümlə, həm də qarşıdan gələn Yeni illə bağlı müəyyən insanlar mənə qarşı diqqətlərini nümayiş etdirirlər. Məncə, bu kişi üçün ən gözəl hədiyyədir.

– 2013-cü ildən bəri yaxın dostluq etdiyiniz Rüstəm İbrahimbəyovdan təbrik zəngi gəldimi?

– Bayaq dediyim kimi, doğum günümü 10 ildən bir daha geniş tərkibdə qeyd edirəm 10 il bundan qabaq doğum günümü qeyd edərkən Rüstəm İbrahimbəyovla yaxın deyildik. Ona görə də ad günü təbriki bizim aramızda olmayıb.

– Siyasi icmadan ilk olaraq sizi kim təbrik etdi?

– Bunu söyləmək çətindir. Hələ dünən axşam 12-yə yarım saat qalmış artıq təbriklər gəlməyə başladı. Saat 12-də təbrik edən insanlar soruşurdular ki, yəqin ilk təbrik edən mən olmuşam. 23-ü başlamamış çoxlu sayda təbriklər aldım. Bunun siyasiləşdirilməsini istəmirəm. Çünki doğum günlərində siyasi amil əsas rol oynamır. Hətta tanımadığım yüzlərlə insanlar dünən axşamdan məktublar yazıblar. Açığı deyim ki, bu, mənim üçün çox xoş və önəmlidir ki, tanımadığım insanlar öz təbriklərini göndəriblər. Hətta xarici ölkələrdən də göndərənlər var.

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı