Modern.az

Hacıbala Abutalıbovun uşaq bağçalarını vahid formaya keçirdiyi təsdiqləndi: “Bəli, təşəbbüs bizimdir”

Hacıbala Abutalıbovun uşaq bağçalarını vahid formaya keçirdiyi təsdiqləndi: “Bəli, təşəbbüs bizimdir”

Təhsil

13 Yanvar 2014, 11:20

Bakı Şəhər İcra Hakimiyyətindən uşaq bağçalarında vahid geyimə keçidi təsdiqləyiblər. Meriyadan Modern.az-a verilən məlumata görə, vahid formaya keçid bu gündən qüvvəyə minib. Yeni libaslar Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olan bütün bağçalara paylanıb.

“Bu təşəbbüs uşaqların təmiz, səliqəli görünməsi üçündür”, – deyə BŞİH-dən bildirilib.

Modern.az-ın geyim dəstlərinin hansı firma ilə bağlanmış müqavilə əsasında alınması və xərclənmiş vəsait haqda sorğuları cavablandırılmayıb.

Gülşən Raufqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı