Modern.az

Şahmatçı Vüqar Həşimov 3-cü Fəxri xiyabanda torpağa tapşırılacaq

Şahmatçı Vüqar Həşimov 3-cü Fəxri xiyabanda torpağa tapşırılacaq

Təhsil

13 Yanvar 2014, 13:13

Xəbər verildiyi kimi, şahmat üzrə Azərbaycan milli komandasının üzvü, mərhum qrossmeyster Vüqar Həşimovun cənazəsi sabah səhər Almaniyadan Bakıya gətiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Modern.az-a bildirib ki, sabah saat 11.00-dan 15.00-dək Bakı Şahmat Mərkəzində  (Hüsü Hacıyev küçəsi) Vüqar Həşimova vida mərasimi olacaq. 
Mərhum şahmatçı Bakıdakı 3-cü Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Vüqar Həşimov  ötən həftənin sonunda müalicə aldığı Almaniyanın Heydelberq klinikasında keçinib. O, başındakı bədxassəli şişdən əziyyət çəkirdi.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə