Modern.az

Ali Hərbi Məktəbinin keçmiş rəisi həbs edilib

Ali Hərbi Məktəbinin keçmiş rəisi həbs edilib

Təhsil

13 Yanvar 2014, 22:04

Azərbaycan Ali Hərbi Məktəbinin keçmiş rəisi həbs edilib. Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən bildirilib.

Məlumata görə, polkovnik Mirzəli Yusifov rüşvət almaqda ittiham olunur və barəsində  3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Mirzəli Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub.Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən Mirzəli Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini də icra edib.

Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra M. Yusifov  işdən azad edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə