Modern.az

Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb

Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb

Təhsil

7 Mart 2014, 09:45


Bu dəqiqələrdə tıxac yaranması səbəbindən Bakı-Sumqayıt yolunda hərəkət tamamilə dayanıb. Modern.az saytı xəbər verir ki, artıq bir saatdan çoxdur həmin yolun xüsusilə paytaxta girişi istiqamətində tıxac daha böyükdür.
Qeyd edək ki, Bakı-Sumqayıt yolunda tıxac yaranması birinci hadisə deyil. Ancaq şahidlərin sözlərinə görə, son vaxtlar bugünkü kimi tıxaca rast gəlinməyib.

***

Bakı-Sumqayıt yolunda yaranmış tıxac getdikcə böyüyür. Sərnişin avtobusları yollarda qalıb. Sumqayıtdan Bakıya və əks istiqamətə gəlib-gedənlər maşınlardan düşüb piyada hərəkət edirlər. Bakı-Sumqayıt yolunda tıxac səbəbindən çox ciddi narazılıq yaşanır.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı