Modern.az

Musa Quliyev: “Tibbi sığortanın tətbiqi Nazirlər Kabinetinin nəzarətindədir”

Musa Quliyev: “Tibbi sığortanın tətbiqi Nazirlər Kabinetinin nəzarətindədir”

Təhsil

7 Mart 2014, 09:58


Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli icbari tibbi sığortanın 2015-ci ildən tətbiq olunacağını deyib. Dünən komitənin iclasında bir daha müzakirə olunan qanuna deputat Musa Quliyev münasibət bildirib. O, qeyd edib ki, icbari tibbi sığortanın Azərbaycanda tətbiqinə başlanması olduqca ciddi məsələdir.

“2015-ci ildə həyata keçirilməsi ilə bağlı qərar yəqin ki, hökumət verəcək. Bu sahədə artıq müəyyən addımlar atılır. Müvafiq nazirliklərin mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və baş nazirin müavini Əli Əhmədov bu məsələni ciddi nəzarətinə götürüb. Qanunun icrası planlı şəkildə və ya qrup şəklində, bütün ölkə ərazisində tətbiq olunacaq”.

M.Quliyev qeyd edib ki, səhiyyə qanunvericiliyi və səhiyyə sisteminin idarə olunmasının bir sıra metodologiyaları icbari tibbi sığortaya uyğunlaşmalıdır. “Bura  sosial qanunvericiliyimiz, sığorta qanunvericiliyimiz də daxildir. Kadr hazırlığı da çox ciddi məsələdir. Hansı modelin seçilməsinə uyğun olaraq, səhiyyə və sığorta sistemimiz həmin modelə uyğunlaşmalıdır. Ondan sonra icbari tibbi sığortanın icrasına başlamaq olar”.

Ulduz İBRAHİMOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı