Modern.az

Sabiq deputatdan serrozdan əziyyət çəkən jurnalistə dəstək: “Onu müalicə etmək mümkündür”

Sabiq deputatdan serrozdan əziyyət çəkən jurnalistə dəstək: “Onu müalicə etmək mümkündür”

Təhsil

7 Mart 2014, 11:26


Jurnalist Müslüm Məmmədovun qaraciyər serrozundan əziyyət çəkməsi media aləminin üzülməsinə səbəb olub. Onun taleyinə sabiq deputat Əlövsət Ağalarov da biganə qala bilməyib.

Modern.az-a açıqlama verən Ə. Ağalarov jurnalistin xəstəliyinə üzüldüyünü bildirib və dövlət orqanlarını ona kömək etməyə çağırıb: “Müslüm Məmmədov 1991-ci ildə Qarabağda məlum hadisələr başlayanda, Kəlbəcər blokadaya məruz qalanda düz müharibə qurtarana, hətta Kəlbəcər işğal olunana qədər döyüşdə iştirak edib. Mən Zəylik zastavasına 1991-93-cü illərdə gedəndə Müslüm orada komandir idi. Müslümün orada çox böyük xidmətləri olub. O, Qarabağ döyüşlərində zədə aldı, səngərlərdə, sərhəddə böyrəklərində, qara ciyərində problem yarandı. Çox ləyaqətli döyüşçü, çox gözəl bir insan kimi ağır illərdə həm qələmiylə, həm silahıyla səngərlərdə, zastavalarda dövlətə, vətənə xidmət elədi. Bloknotum indi də məndə qalır, təsadüfən baxmışam, görürəm ki, həmin zastavada Müslüm Məmmədov adlı biri var. O vaxtdan tanıdığım bir uşaq idi. İndi artıq yaşa dolub. Hesab edirəm ki, onun səhhətindəki problemlə bağlı ən azından dövlət orqanları çox ciddi maraqlanmalıdır. Təbii ki, bu gün ədəbiyyat, elm adamalarına, idmançılara, musiqi aləmində olan xəstə düşmüş soydaşlarımıza həm prezidentimiz, həm Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım çox böyük diqqət göstərirlər. Bir kəlbəcərli, ailəsini, uşaqlarını bu gün çətinliklə dolandıran bir adamın çox ciddi müalicəyə ehtiyacı var. Deyilənə görə, böyük xərc də deyil. Bu müalicə Türkiyədə, Almaniyada mümkündür. Bəli, dövlət bu xərcləri boynuna götürə bilər. Bu həm Kəlbəcər camaatına, həm ümumiyyətlə, Qarabağ qaçqınlarına, məcburi köçkünlərə, Qarabağ döyüşçülərinə, müharibə veteranlarına böyük bir diqqət olardı. Eyni zamanda Müslümün timsalında deyək ki, bir Azərbaycanlı, xəstə bir jurnalisti, döyüşdə canını, sağlamlığını qoymuş xəstə bir veteranı həyata qaytarmaq bir tövsiyə olardı. Bu yolda həm Prezident İlham Əliyev, həm Mehriban xanım Əliyeva çox böyük kömək eləyə bilər. Bu mənada öz adımdan da bir Kəlbəcərli sakini, Azərbaycan mətbuatının, Azərbaycan nəşrinin baş redaktoru kimi, bir şəxs, bir vətəndaş, Qarabağ döyüşlərində şəhid vermiş bir şəxs kimi xahiş edirəm ki, ona kömək eləsinlər. Müslümün həyata qayıtmasında böyük bir savab iş görsünlər. Çünki onlar indiyə qədər savab işlər çox görüblər və bu da onlardan biri ola bilərdi.

Mənim doğma qardaşım da şəhid olub. Hətta Müslüm mənim qardaşım Maillə bir döyüşdə olublar. Bu ailə ümumiyyətlə, çox ləyaqətli bir ailədir. Onun qardaşı İlham müəllim Azərbaycan jurnalistikasında, mətbuatında çox  sözü, yeri olan biridir. O mənada məm hesab edirəm ki, bizim dövlətin Müslümə olan diqqəti bütün Kəlbəcər camaatına, Qarabağ camaatına, məcburi köçkünlərə, ümumiyyətlə torpağını itirmiş hər bir şəxs üçün çox böyük bir stimul olardı”.

 

 

Misranə Həsənzadə  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı