Modern.az

Nazirlik 270 nəfərə vakant iş yeri təklif edir

Nazirlik 270 nəfərə vakant iş yeri təklif edir

Təhsil

7 Mart 2014, 12:13

Mini əmək yarmarkaları nəticəsində 270 nəfərə vakant iş yerlərinə göndəriş verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin yanvar-fevral aylarında Bakı şəhərinin rayonlarında keçirilən mini əmək yarmarkalarında ümumilikdə 77 müəssisə tərəfindən  1363  boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşların seçiminə təqdim edilib.  Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, bu aktiv məşğulluq tədbirlərində 270 nəfər işaxtaran və işsiz vətəndaşa münasib iş yerlərinə göndəriş verilib, 49 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub.

Məlumat üçün bildirək ki, Bakı şəhərinin rayonlarının Məşğulluq mərkəzləri tərəfindən müəssisə, idarə və təşkilatlardan mövcud vakansiyalar toplanmaqla hər ay  mini əmək yarmarkaları təşkil olunur.

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı