
“Hər kəsə aydındır ki, vəhhabilər Böyük Britaniyanın, nurçular isə ABŞ-ın mərkəzi kəşfiyyat idarəsinə xidmət edirlər. Son günlər bu məsələ Türkiyə mediasında geniş müzakirə olunur. Orada hamıya aydındır ki, bu qüvvələr ABŞ-dan idarə olunur. Türkiyə dövləti müstəqil qərarlar qəbul edərkən xarici qüvvələr bunların vasitəsilə hökumətə təzyiqlər edir”.
Modern.az xəbər verir ki, bunu “Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda keçirilən konfransda çıxışında araşdırmaçı-jurnalist Eynulla Fətullayev deyib.
O, dini təriqətlərin Azərbaycanda təhlükə yaratmadığını qeyd edib:
“Hazırda Azərbaycan üçün belə bir təhlükə yoxdur. Amma gələcəkdə belə bir təhlükənin olması mümkündür. Biz bütün bunları qələmə almaqla həm hökumətə mesaj veririk, həm də cəmiyyəti maarifləndiririk”.
E.Fətullayev sabiq deputat Gülər Əhmədova ilə bağlı da fakt açıqlayıb: “2007-ci idi. Sabiq deputat Gülər Əhmədova mənimlə görüşdü. O, mənə Milli Məclisin komitə sədrlərinin birinin Fətullah Gülənlə çəkdirdiyi şəkli təqdim etdi. Həmin şəkli yaymadım, çünki həmin dövrdə vəziyyət fərqli idi, təzyiqlər çox olurdu”.

Gültəkin Ələsgər