Modern.az

Müxalifət lideri: “Vahid namizədə ehtiyac yoxdur”

Müxalifət lideri: “Vahid namizədə ehtiyac yoxdur”

Təhsil

7 Mart 2014, 14:26

“Azadlıq” fraksiyasının lideri Oleq Tyaqnibok Ukrayna müxalifətinin prezidentliyə vahid namizədinin irəli sürülməsinə ehtiyac olmadığını düşünür. Modern. az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, onun fikrincə, Yanukoviç prezident olanda bu qaydada seçkidə iştirak etmək zəruri idi: “Ancaq indi, əgər şəffaf seçki keçiriləcəksə, ümumiyyətlə vahid namizədə ehtiyac olduğunu düşünmürəm”.

Onun sözlərinə görə, əvvəl belə bir variant razılaşdırılıb: “UDAR” partiyasının nümayəndəsi, yəni Vitali Kliçko prezident, “Batkivşina”nın təmsilçisi baş nazir, “Azadlıq” partiyasının lideri isə Ali Radanın spikeri olmalıydı, ancaq indi situasiya dəyişdiyindən planlar da dəyişib.

Qeyd edək ki, həbsxanadan buraxılan keçmiş baş nazir Yuliya Timoişenko və “UDAR”ın lideri Vitali Kliçko prezidentliyə namizədliklərini irəli sürəcəklərini bəyan ediblər.


Modern.az

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı