Modern.az

Hakan Şükürlə bağlı “bombalı iddia”: 17 dekabr əməliyyatında iştirak edib

Hakan Şükürlə bağlı “bombalı iddia”: 17 dekabr əməliyyatında iştirak edib

Təhsil

7 Mart 2014, 15:19


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP)  Aydın millət vəkili Əli Güldəkin Kılın müstəqil millət vəkili Hakan Şükür və qardaşı Gökhan Şükürün 2013-cü il dekabrın 17-dəki əməliyyatın ssenarisini hazırlayanlar arasında olduğunu iddia edib. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, Güldəkin Kılınçın iddiasına görə, dekabrın 16-da axşam namazı sonrası, bütün banklar bağlanıb, ancaq Hakan Şükürün qardaşı Gökhan Şükür əlində 4,5 milyon dollarlıq pulla Xalq Bankın ümumi müdirinin evinə gəlib. Hakan Şükür isə bu hadisəyə vasitəçi olub: “Pul isə Yuqoslaviyada tikiləcək bir universitet üçün xeyriyyəçilərdən toplanıb. Pul sabahısı gün transfer edilməli olduğu halda, dekabrın 17-də səhəri, namaz vaxtında Xalq Bankın ümumi müdirinin evinə basqın edilib və əslində sirr olması lazım olan məlumatlar bir anda mətbuatla ötürülür. Çuvallarla dolu sənəd isə bir gecədə, bir təhər prokuror tərəfindən oxunur”.

  Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı