Modern.az

Hadı Rəcəbli qadınları sevindirdi - FOTO

Hadı Rəcəbli qadınları sevindirdi - FOTO

Təhsil

7 Mart 2014, 15:51

Lənkərandan deputat seçilmiş Hadi Rəcəbli Beynəlxalq Qadınlar günü ərəfəsində xanım seçicilərin bir qrupunu təbrik edib.

Çay süfrəsi ətrafında keçirilən görüşlərdə qadınların ölkəmizin ictimai-siyasi həyatındakı yeri və rolu faktlarla, rəqəmlərlə toplantı  iştirakçılarına çatdırılıb. Lənkəranda hazırda 30-dan çox qadının dövlət xidmətində və ictimai təşkilatlarda yüksək vəzifə tutduğu bildirilib. O da vurğulanıb ki, artıq respublikanın bütün rayonlarında İcra Hakimiyyəti başçılarının bir müavini qadınlardan təşkil olunur.
Görüşlərdə  YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın Azərbaycan xanımları, ictimai, siyasi xadimlərinin nümünə etalonuna çevrildiyi vurğulanıb. Görüş iştirakçılarına çiçək dəstələri və hədiyyələr təqdim edən deputat Hadi Rəcəbli eyni zamanda qadınları düşündürən sual və müraciətləri dinləyib və onların  bir sıra məsələlərini  yerindəcə həll edib. Çıxış edən qadınlar ölkəmizdə onlar üçün yaradılmış şəraitdən razı olduqlarını bildiriblər.  Buna görə  prezident İlham Əliyevə minnətdarlıq ediblər. Ümumilikdə görüşlər zamanı 150 nəfərdən artıq qadına bayram hədiyyələri təqdim edilib.








Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı