Modern.az-ın məlumatına görə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 16-da respublikanın bütün peşə liseylərinin (cəmi 44) sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanı keçirəcək. İmtahan 23 şəhər və rayonda (Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Xaçmaz) təşkil olunacaq. İmtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytında “Şagird-Məzun” sisteminə müvafiq qaydada daxil olmaqla martın 5 -dən etibarən çap edə bilərlər. İmtahan bütün binalarda eyni vaxtda – saat 12:00-da başlanacaq və 2 saat müddətində aparılacaq.
Misranə Həsənzadə