Modern.az

Ərdoğanın mitinqi ərəfəsi böyük qarşıdurma - FOTOLAR

Ərdoğanın mitinqi ərəfəsi böyük qarşıdurma - FOTOLAR

Təhsil

7 Mart 2014, 17:25

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Eskişehir mitinqi əvvəli vəziyyət gərginləşib. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, baş nazirin Eskişehirə gəlməsinə etiraz etmək istəyən təxminən 2 min nəfər mitinqin keçiriləcəyi Odunpazarı meydanına getmək istəyib.
Məlumatda qeyd edilir ki, polis etirazçı qrupu dayandıraraq gedişlərinin qanuni olmadığını söyləyib, dağılmalarını istəyib. Yürüməkdə israr edən qrup üzvləri hərəkətə keçərək polisə daş və şüşələrlə hücum edib. Bundan sonra polis nümayişçilərə müdaxilə edərək, bibər qazı sıxıb. Fəallar ara küçələrə dağılıblar. Bəzi etirazçılar ətrafdakı iş yerlərinə sığınıblar. Polis bəzi etirazçıları nəzarətə götürüb, qarşıdurma bu dəqiqələrdə də davam edir.  








Modern.az
 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı