Modern.az

Türkiyədə prezident seçkisinin tarixi açıqlandı

Türkiyədə prezident seçkisinin tarixi açıqlandı

Təhsil

7 Mart 2014, 23:21


Türkiyədə növbəti prezident seçkiləri 2014-cü il avqustun 10-na təyin olunub. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bu haqda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan məlumat verib. Əgər birinci turda namizədlərdən heç biri səslərin çoxunu qazanmasa, prezident seçkilərinin ikinci turu avqustun 24-də keçiriləcək.
Qeyd edək ki, Türkiyə tarixində ilk dəfə prezident ümumi səsvermə ilə seçiləcək. İndiki prezident Abdullah Gül 7 ildir bu vəzifədədir. Konstitusiyaya edilən dəyişikliyə görə, bundsan sonra prezidenti xalq seçəcək. Gül yeni müddətə namizədliyini irəli sürə biləcək. 2013-cü ildə Ərdoğan da prezidentliyə iddialı olduğunu açıqlayıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı