Modern.az

Murat Bozdan möhtəşəm Bakı konserti-FOTOLAR

 Murat Bozdan möhtəşəm Bakı konserti-FOTOLAR

Education

18 Mart 2014, 01:23

Türkiyəli müğənni Murat Bozun Heydər Əliyev Sarayındakı 2 günlük konsertinin birinci günü uğurla başa çatıb. 

Modern.az saytının Axşam.az-a istinadən məlumatına görə, gecədə müğənni tamaşaçılarına həqiqi şou nümayiş etdirib. Türkiyədən gətirilmiş ən son işıq və səs texnikasının istifadə olunduğu konsertdə Murat Boz sevənlərinə unudulmaz gecə yaşadıb.

Hit mahnılarını bir-birinə calayan müğənnini səhnədə braziliyalı rəqqasələr və peşəkar musiqiçilər müşayiət edib. Konsertdə müğənni məşhur hitləri ilə yanaşı, yeni bəstələrini də səsləndirib. Bakı səhnəsində eyni şou sabah da Murat Boz pərəstişkarlarının ixtiyarına veriləcək. 

Qeyd edək ki, bu, ifaçının Bakıda ilk çıxışı olub. Sənətçi 2012-ci ilin mart ayında Bakıda konsert verməyi planlaşdırsa da, tədbir baş tutmamışdı.


Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı