Modern.az saytı xəbər verir ki, ABŞ-ın avtomobil nəhəngi General Motors 2008 və 2014-cü illər arasında istehsal olunmuş 1.5 milyon avtomobili 3 səhv səbəbiylə geri çağırma qərarı aldı.
General Motors şirkətindən verilən məlumata görə, 2008-2013-cü illər arasında istehsal olunmuş 1.18 milyon Buick və GMC Acadia, 2009-2013-cü illərə aid olan Chervolet Traverse və 2008-2010-cu illərin Saturn Outlookunda hava yastığı sistemində problemlər qeydə alındığına görə geri çağırılan avtomobillər siyahısına daxil edildiyi bildirildi.
Eyni zamanda geri çağırılan avtomobillər içində Chervolet Express GMC Savannah və Cadiilac XTS modelləri də mövcutdur.
General Motors bu geri çağırmaların şirkətə 300 milyon dollara yaxın maddi zərər vurduğunu bildirmişdir.
Qeyd edək ki, GM 2014-cü ilin əvvəlində də alışma probleminə görə 1.6 milyon avtomobili geri çağırmışdı.
Modern.az