Modern.az

Avtomobil qəzasında polis rəisi öldü -FOTO

 Avtomobil qəzasında polis rəisi öldü -FOTO

Təhsil

18 Mart 2014, 03:15

Gecə saatlarında Salyanda baş verən avtoqəzada polis zabiti dünyasını dəyişib.

Salyan polis şöbəsindən verilən məlumata görə, ötən gecə saat 23.00 radələrində Salyan rayonunun Yeni Uluxanlı kəndi ərazisində ölümlə nəticələnən ağır avtomobil qəzası baş verib.

“Mercedes-Benz” markalı “99 CZ 678” dövlət nömrə nişanlı avtomobili idarə edən Salyan rayon Qarabağlı kənd sakini polis zabiti, polkovnik-leytenant, 1959-cu il təvəllüdlü Məmmədağa Nəriman oğlu Qəhrəmanov sərt döngədə avtomobili ağaca çırparaq aşırıb. Nəticədə polis zabiti aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Qeyd edək ki, Məmmədağa Qəhrəmanov Hacıqabul rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində çalışırdı.

Faktla bağlı Salyan rayon hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. /apa.az/

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı