Modern.az

Slavyan Universitetində yeni rektorun təqdimatına Kamal Abdulla da qatıldı

Slavyan Universitetində yeni rektorun təqdimatına Kamal Abdulla da qatıldı

Təhsil

18 Mart 2014, 11:37


Modern.az
-ın məlumatına görə, bu gün prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsinə təyin olunmuş Asif Hacıyev bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub. Tədbirdə çıxış edən təhsil naziri A. Hacıyevi yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Mikayıl Cabbarov BSU rektorunun təyin olunması ilə bağlı ölkə Prezidentinin sərəncamını nəzərə çatdıran nazir dövlət rəhbəri tərəfindən təhsil sahəsində qarşıya qoyulmuş tələblərin milli şüurun və vətəndaşlıq mövqeyinin inkişafından, peşəkar biliklərin verilməsi və rəqabətədavamlı kadr hazırlığı məsələsindən ibarət olduğunu bildirib.

BSU-nun rektoru Asif Hacıyev ona göstərilən etimada görə ölkə prezidentinə minnətdarlığını bildirib.

BSU-nun keçmiş rektoru, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev ilk növbədə ölkə prezidentinə təşəkkürünü bildirərək yeni təyin olunmuş rektorun universitetin kollektivi arasından seçilməsinin, ümumilikdə ali məktəb kollektivinə etimad kimi qəbul edildiyini söyləyib. K.Abdullayev ali məktəbdə həyata keçirilən layihələrin bundan sonra da uğurla davam edəcəyinə əmin olduğunu nəzərə çatdırıb.

Məlumat üçün qeyd edək ki, Asif Abbas oğlu Hacıyev Azərbaycan Dövlət Univerisitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1982-1986-cı illərdə C. Naxçıvanski adına hərbi təmayüllü internat-məktəbdə tərbiyəçi-taqım komandiri işləyib. 1986-cı ildən keçmiş M.F. Axundov adına indiki BSU-da (keçmiş Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu) işləyir. Bu ali məktəbin Gənc Alimlər Şurasının və Tələbə Elmi Cəmiyyətinin sədri olub. 1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 2011-ci ilin noyabrından Bakı Slavyan Universiteti nəzdindəki Dissertasiya Şurasının sədridir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Universitetin ədəbiyyat nəzəriyyəsi kafedrasının professorudur. 2000-ci ilin mayından 2014-cü ilə qədər BSU-nun tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.  


Misranə Həsənzadə
 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı