Modern.az

Azərbaycanlı politoloqlar Ermənistana GEDİR

Azərbaycanlı politoloqlar Ermənistana GEDİR

Təhsil

18 Mart 2014, 12:25

Martın 20-21-də Ermənistanın paytaxtı Yerevanda “NATO və Cənubi Qafqaz: Regional təhlükəsizliyə strateji yanaşma” adlı beynəlxalq konfrans keçiriləcək. Modern.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə tədbirdə Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləri fonunda baş verən proseslər müzakirəyə çıxarılacaq. Bununla yanaşı Avroatlantik məkana inteqrasiya, Avropa ilə əməkdaşlıq, region dövlətlərinin inkişafının perspektivləri barədə də söz açılacaq. Tədbirə Azərbaycandan, İrandan, Türkiyədən , Rusiyadan və bir neçə Avropa dövlətindən ekspertlər də  dəvət olunacaq. Amma həmin şəxslərin adları hələlik açıqlanmayıb.

Qeyd edək ki, sözügedən beynəlxalq konfransa NATO-nun  sponsorluq edəcəyi bildirilir. 

 Aqşin Kərimov 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı