“Əflan kimdir, onun qurduğu “partiya” nədir, hər kəsə bəllidir. Onun fəaliyyəti Azərbaycanın milli mənafeyinə, dövlətçiliyinə xələl gətirir”.
Bunu Modern.az-a “El” Hərəkatının üzvü Eldəniz Quliyev “El” Hərəkatı Partiyasının qeydiyyata alınmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda xeyli qeydiyyatdan keçən elə partiya var ki, tanınmır: “Əflanı nəinki tanımırlar, hətta nifrət edirlər. O cür partiya Azərbaycana nə fayda verə bilər? Əslində, onun ortada olması yaxşıdır. Çünki qara olmazsa, ağ bilinməz”.
E.Quliyev qeyd edib ki, hazırda “El” Hərəkatı qurultaya hazırlaşır: “Qurultaya hazırlıq üçün Təşkilat Komitəsi yaradılıb. Komitənin sədri Eldar Namazovdur. Hərəkatın qeydiyyatı ilə bağlı qərar qəbul etməmişik. Bu, qurultayın səlahiyyətində olan məsələdir. Qərar qəbul olunarsa, yəqin ki, adında da müəyyən korrektlər etmək olar”.
Qeyd edək ki, “El” Hərəkatından istefa verən Əflan İbrahimovun təsis etdiyi “El” Hərəkatı Partiyası qeydiyyata alınıb. Onun iddia etdiyinə görə, hazırda partiyanın 5 min 200 üzvü var.
İlkin