
ABŞ-ın Azərbaycandakı Səfirliyi son illər öz iqamətgahında Novruz bayramı ilə bağlı əyləncəli tədbirlərin təşkilini artıq ənənəyə çevirib. Səfir də daxil olmaqla tədbir iştirakçıları hər il Azərbaycan musiqisinin sədaları altında rəqs edir, Novruz tonqalının üstündən tullanırlar.
Modern.az saytının xəbərinə görə, ABŞ-ın Azərbaycandakı Səfirliyi bu il də ənənəni davam etdirir.
Belə ki, Novruz bayramını qeyd etmək məqsədilə, ABŞ-ın Bakıdaki diplomatik korpusu öz azərbaycanlı və amerikalı işçi heyətindən bir-birinin dilində yanıltmaclar söyləməyi xahiş edib.
Səfirliyin amerikalı işçiləri çətinliklə də olsa Azərbaycan dilində yanıltmaclar söyləməyə çalışıblar. Onların arasında səfir Riçard Morninqstar və xanımı da olub.