Modern.az

Putin Krımı Rusiyaya birləşdirmək sərəncamını İMZALADI

Putin Krımı Rusiyaya birləşdirmək sərəncamını İMZALADI

Təhsil

18 Mart 2014, 13:56

Rusiya prezidenti Vladimir Putin Krım Respublikasının Rusiya Federasiyası (RF) tərkibinə daxil edilməsi haqqında müqavilənin imzlanması barədə sərəncam verib.
Modern.az saytı bildirir ki, bu barədə prezidentin mətbuat xidməti rəsmi açıqlama yayıb.

Sərəncamda dünənki referendumla Ukraynanın tərkibindən çıxdığını elan etmiş Krım Respublikasının Rusiyanın yeni subyekti olaraq qəbul edilməsi və RF-nin yeni subyektinin yaradılması ilə bağlı göstəriş əksini tapıb.

Sənəddə RF ilə Krım Respublikası arasında Rusiyaya birləşmək barədə saziş təsdəqlənib. Bununla bağlı yüksək səviyyədə Saziş imzalanmasına razlıq verilib.  

X.SƏFƏROĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...