Krımda müsəlman olan ictimai xadim və din adamı kimi tanınan Abu Yusif yoxa çıxıb. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, o, Krımdakı müsəlman icmasının tanınmışlarından biri olub. Onun “Quran”nı tərcümə edərək Ukrayna və Rusiyada pulsuz payladığı da bildirilir. Bir sutkadan çoxdur onun barəsində heç bir məlumat olmadığından axtarışına başlanılıb. Krımın hüquq müdafiə hərəkatının nümayəndəsi Ənvər Kadırovun sözlərinə görə, Abu Yusifin yoxa çıxması onun ictimai fəaliyyəti və dini mənsubiyyəti ilə bağlı ola bilər. Təxminən bir həftə əvvəl Krıma qayıdarkən onu Çonqare blok-postunda saxlayan naməlum maskalı və silahlı şəxslər bığını qırxaraq vəhhabi olduğunu iddia ediblər.