Avropa İnsan Haqlari Məhkəməsi həbsdə olan PKK lideri Abdulla Öcalanın müraciətinə baxaraq qərar çıxarıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qərarda Türkiyənin bəzi qaydaları pozduğu qeyd olunub. Bununla yanaşı, A. Öclalanın zəhərlənməsi ilə bağlı iddiaların da əsası olmadığı bildirilib. Qərarda həbsxana şəraitinin pis olmadığı vurğulanıb. “Amma buna axmayaraq həbsxanalar cəhənnəm olmamalıdır”-deyə qərarda qeyd olunur. Avropa İnsan Haqları Məhkəməsi terrorçu A. Öcalana ömürlük həbs cəzası verilməsinin onun şərti azadlığa buraxılması ilə əvəzlənməsi təklifini verib.
Modern.az