Modern.az

Putin Krım tatarlarına yeni vədlər verdi, dünyaya meydan oxudu: "Biz işğalçı deyilik" - YENİLƏNİB

Putin Krım tatarlarına yeni vədlər verdi, dünyaya meydan oxudu: "Biz işğalçı deyilik" - YENİLƏNİB

Təhsil

18 Mart 2014, 15:30

Krım Rusiyaya birləşəndən sonra burada yaşayan tatarlarına bütün hüquqlar veriləcək. Modern.az saytı bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, Krım tatarlarına qarşı sərt davranılıb: “Repressiyadan çoxlu adam zərər çəkib, o cümlədən ruslar da. Krım tatarları öz torpaqlarına qayıdıblar”.

Putin onu da əlavə edib ki, Krım tatarlarının reabilitasiyası da vacibdir: “Bütün xalqlara hörmət edirik. Əgər Krımda bərabər hüquqlu üç dilin -rus, Ukrayna və Krım-tatar dili olması daha doğrudur”.

Putinin sözlərinə görə, Krım sakinlərini əldən-ələ bir kisə kartof kimi veriblər: “Milyonlarla rus bir ölkədə yatıb sərhəddən kənarda yuxudan ayılıb”. Onun fikrincə, Krımın Ukraynaya verilməsi dəhlizdə həll olunub: “Totalitar dövlət şəraitində Krım və Sevastopol sakinlərindən heç nə soruşmayıblar – sadəcə fakt qarşısında qoyublar. Böyük hesabla, bu qərar hansısa formallıq kimi qəbul olunub. Axı böyük bir ölkənin ərazisi verilib?”.

***

Putin bəyan edib ki, Rusiya Ukraynaya və Krıma ordu yeritməyib: “Birincisi, orada artıq ordu var idi, onu yalnız gücləndirmişik. İkincisi, işğal heç vaxt itkisiz baş vermir, Krımda isə bu olmayıb. Bizə deyirlər ki, Rusiya işğalçıdır, aqressiyadan danışırlar. Başa düşmürəm, hansı işğal bir güllə açılmadan reallaşıb?”.

Putin NATO ilə də bağlı sərt danışıb: “Biz NATO ilə əməkdaşlığın əleyhinə deyilik. Amma biz hərbi təşkilatın bizim hasarımızın yaxınlığında ağalıq etməsinin əleyhinəyik.

***

Putin Qərb ölkələrini “müstəqil mövqeyinə” görə Rusiyaya təzyiq etməkdə günahlandırıb: “Biz etimadı möhkəmləndirmək istəyirik, istəyirik ki, bizim hüquqlarımız bərabər və dəqiq olsun. Amma biz cavab addımı görmürük. NATO-nun Şərqə genişləndirilməsində belə oldu. Bizə dedilər: bunun sizə dəxli yoxdur. Bizi müstəqil mövqeyimizə, hər şeyi öz adı çəkdiyimizə görə həmişə hansısa küncə sıxışdırmaq istəyirlər”.

Onun fikrincə, Qərbi “soyuq müharibə” ritorikasını dayandırmağa və Rusiyanın maraqlarına hörmət etməyə çağırıb.


Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı