Modern.az

Elşad İskəndərov haqqında yayılan xəbər yalan çıxdı

Elşad İskəndərov haqqında yayılan xəbər yalan çıxdı

Təhsil

18 Mart 2014, 16:34

Bu gün bəzi kütləvi informasiya vasitələrində nurçuluqda ittiham olunan məmurların övladlarının adının “Ömər” olması barədə xəbər yayımlanmışdı. Hətta xəbərin altında Fətullah Gülənin xəlifə Ömərlə bağlı xütbəsi də verilmişdi. Faktxeber.com bu barədə araşdırma aparıb.
Məlum olub ki, övladının adının “Ömər” olduğu iddia olunan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun bioqrafik məlumatlarında övladlarının adları göstərilib. Belə ki, həm də  İslam konfransı Gənclər Forumunun baş katibi vəzifəsini icra edən Elşad İskəndərovun adıçəkilən təşkilatın saytındakı bioqrafik məlumatlarında övladlarının adı göstərilib. İngilis dilində olan bioqrafiyada Elşad İskəndərovun iki oğlu - Hüseyn və Əli və bir də Leyla adlı qızı olduğu göstərilir. Müsəlman adət-ənənələrinə görə, bioqrafiyada “Hüseyn, Leyla və Əlinin atası” formasında göstərilir.
Qeyd edək ki, aşağıdakı linklərdə Dini Komitə sədri bioqrafiya isə bağlı vikipediyada ətraflı məlumat yerləşdirlib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı