Modern.az

Bakıdan ABŞ-a birbaşa təyyarə reysi açılır

Bakıdan ABŞ-a birbaşa təyyarə reysi açılır

Təhsil

18 Mart 2014, 23:27

Modern.az saytı xəbər verir ki, 2014-cü ilin sonunadək Azərbaycan və ABŞ arasında birbaşa aviasiya əlaqəsi açılacaq. Bu barədə ABŞ-ın Azərbaycandakı səfir Riçard Morninqstar Amerikanın Səsinin sualına cavabda bildirib.

Onun sözlərinə görə, uçuşların başlaması üçün bəzi texniki məsələlər, xüsusən uçuşların təhlükəsizliyi məsələləri həll edilməlidir və ilin sonuna qədər bu işlərin yekunlaşdırılacağı gözlənilir.

Səfir xatırladıb ki, martın əvvəllərində ABŞ Federal Mülki Aviasiya İdarəsi Azərbaycana beynəlxalq aviasiya təhlükəsizliyi sahəsində 1-ci dərəcə verib. Bu, Azərbaycanın aviasiya şirkətlərinin ABŞ-a birbaşa uçuşlar həyata keçirməsinə imkan verəcək və iki ölkə arasında turizmin və ticarətin inkişafına şərait yaradacaq.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!