Modern.az saytı xəbər verir ki, Mehmet Ali Ağcanın 1981-ci ildə Papa II. Jean Paula sui-qəsd cəhdində istifadə etdiyi tapança 33 il sonra ilk dəfə sərgiyə çıxarıldı.
Qarışıqlıq anında qaçmağa çalışan Ağcanın əlindən saldığı silahı bir rahibə taparaq səlahiyyətlilərə təslim etmişdi. Həmin silah 33 il sonra yenidən gündəmə gəldi. 76C23953 nömrəli Brovnink marka 9 mm yarı avtomatik tapança, Polşa Mədəniyyət Nazirliyinin tələbi üzərinə 3 il boyunca sərgilənmək üzrə bu ölkəyə aparıldı.
Tapança Polşadan geri alındıqdan sonra, Roma Kriminologiya Muzeyi kolleksiyasına qoyulacağı və burada sərgilənməyə davam ediləcəyi açıqlandı.
Qeyd edək ki, bu tapança həyatda qalmaq mübarizəsinin və bağışlamağın simvolu hesab olunur.

Modern.az