Modern.az

Azərbaycan yay vaxtına keçdi

Azərbaycan yay vaxtına keçdi

Təhsil

30 Mart 2014, 12:00


Ötən gecə Azərbaycan ərazisində yay vaxtına keçid olub. Martın 30-da gecə saat 4.00-da əqrəblər bir saat irəli çəkilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə, yaya vaxtına keçid Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq gerçəkləşdirilir.

Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü saat 4.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabrın son bazar günü isə saat 5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!