Modern.az saytı xəbər verir ki, yerli vaxtla saat 07:00-da başlayan səsvermə saat 16:00-dək aşağıdakı dairələrdə davam edib: YSK qərarına görə, Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyarbakır, Elazığ, Erzincan, Ərzurum, Gaziantep, Giresun, Gümüşhane, Hakkari, Qars, Malatya, Kahramanmaraş, Mardin, Muş, Ordu, Rize, Siirt, Sivas, Trabzon, Tunceli, Şanlıurfa, Van, Bayburt, Batman, Şırnak, Ardahan, Iğdır və Kilis'teki seçicilər saat 07.00-dən etibarən səs verməyə başlamışdı.
Digər dairələrdə isə səsvermə yerli vaxtla saat 08:00-dan 17:00-dək keçirilib.Səs vermə əsnasında haqqlarında həbs qərarı olan onlarla adam, gəldikləri seçki məntəqələrində nəzarətə alınaraq polis mərkəzlərinə aparılıb.
Türkiyədə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 695 831 nəfər (26 704 757 nəfəri qadın, 25 991 75 nəfəri kişi) təşkil edir. Ölkə üzrə 194 310 seçki qutusu quraşdırılıb.
Yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edib.
Səsvermənin nəticələri üzrə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq.
Modern.az