Modern.az saytı xəbər verir ki, Misirdə prezident seçkiləri günü Abdulfəttah əs-Sisi tərəfdarları ilə Həmdi Sabbah tərəfdarları arasında qarşıdurma yaşanıb.
Prezident seçkisinin əsas namizədlərindən biri olan keçmiş müdafiə naziri Abdulfəttah əs-Sisiyə dəstək üçün nümayiş keçirən qrupla, digər prezidentliyə namizəd Həmdin Sabbahinin aralarında olduğu Xalq cərəyanı Platformasının üzvləri arasındakı qarşıdurmada bəzi nümayişçilər yaralanıb.Polisin araya girməsiylə dağılan nümayişçilər, İskəndəriyənin müxtəlif yerlərində yenidən toplanaraq bir-birləri əleyhinə şüarlar səsləndiriblər.
Digər tərəfdən dövlət çevrilişinə qarşı etiraz olaraq aksiyalara qatıldığı üçün universitetdən xaric edilən tələbələrə dəstək nümayişlərində polisin müdaxiləsi nəticəsində 1 adamın öldüyü, 50-dən çox adamın yaralandığı bildirildi.
Modern.az