Modern.az

Güclü külək 10 min evi işıqsız qoydu

Güclü külək 10 min evi işıqsız qoydu

Təhsil

30 Mart 2014, 21:15

Qeyri-sabit hava şəraiti Acarıstanın şimalında və Aşağı Kartlidə həyatı iflic edib

Gürcüstanda güclü külək və qar çovğunu 10 min evin işıqsız qalmasına səbəb olub, ölkənin bir sıra bölgələrində elektrik naqilləri qırılıb. 

Ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti, əsasən Acarıstanın şimalı və Aşağı Kartli bölgələrində həyatı iflic edib.

Gürcüstan energetika nazirliyinin məlumatına görə, hazırda ölkə ərazisində güclü külək və qar çovğunu səbəbindən elektrik naqillərinin qırılması nəticəsində 10 minə yaxın abonentin işığı kəsilib.

Nazirlik günün sonuna qədər mövcud olan problemlərin aradan qaldırlacağını deyib./apa.az/  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı