Modern.az saytı xəbər verir ki, AKP-nin Kayseri millət vəkili Əhməd Öksüzkaya partiyasından istefa verib.
Millət vəkili istefasının səbəbini bu formada açıqlayıb: “Son zamanlarda demokratiya və hüquq kimi mövzularında partiya siyasəti ilə şəxsi görüşəm arasında fərqliliklər meydana gəlmişdi. Bu səbəblə Ədalət və İnkişaf Partiyasından istefa vermək qərarını qəbul etmişəm. Bu günə qədər birlikdə çalışdığım bütün yoldaşlarımdan haqqlarını halal etmələrini xahiş edirəm. Millətimizə və şəhərimizə müstəqil olaraq xidmət etməyə davam edəcəyəm”.Modern.az