Modern.az

Məzarlıqda moda çəkilişi etirazlara səbəb olub

Məzarlıqda moda çəkilişi etirazlara səbəb olub

Təhsil

3 Aprel 2014, 01:20

QQTC-də mövcud olan Yunan məzarlığında moda çəkilişi Cənubi Kiprdə kəskin reaksiyaya səbəb olub. QQTC-nin Dini İşləri Dairəsi hadisəylə əlaqədar araşdırma başladıb.

Modern.az saytı xəbər verir ki, Girnə şəhərindəki universitetdə qrafik və dizayn fakültəsində təhsil alan Bilal Baştemurun Yunan məzarlığında təşkil etdiyi moda çəkilişi adada gərginliyə səbəb olub.

Yunan mətbuatı və kilsəsi məzarlıqda aparılan çəkilişləri qınayıb.

Məsələnin Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa Birliyi (AB) səlahiyyətlilərinə çatdırlmasından sonra QQTC-nin Dini İşləri Dairəsi geniş hadisəylə əlaqədar araşdırma başladıb.

Yunan məzarlığında 9 ay əvvəl çəkilişlər aparan Bilal Baştemur etdiyi hərəkətin doğru olmadığını bildirərək üzr istəyib.

Baştemur qınamalardan sonra həmin fotoşəkilləri internet saytından də qaldırıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı