Modern.az

Ermənistanda ölkə boyu etiraz mitinqləri keçiriləcək

Ermənistanda ölkə boyu etiraz mitinqləri keçiriləcək

Təhsil

3 Aprel 2014, 02:15

Ermənistan parlamentində təmsil olunan “Çiçəklənən Ermənistan” partiyasının ofisində dörd müxalifət partiyası görüşərək bütün ölkə boyu etiraz mitinqləri keçirməyi qərara alıblar. 

“Çiçəklənən Ermənistan” partiyasından olan deputat Stepan Marqaryan jurnalistlərə bildirib ki, birgə mitinqlər ölkənin şimalında yerləşən Gümrü və Vanadzor (Qarakilsə) şəhərlərindən başlayacaq və sonra başqa şəhərlərdə davam edəcək. Amma o, mitinqlərin dəqiq vaxtını deməyib. 

Onun sözlərinə görə, hakimiyyətə etibarsızlıq aksiyasına Respublikaçılar Partiyasının nümayəndələri də qoşula bilərlər./anspress/

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı