Bu gün Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına yekun vurulub.
Modern.az saytı xəbər verir ki,son oyun günündə daha iki qarşılaşma keçirilib. Fransanın PSJ klubu öz meydanında "Çelsi"ni sınağa çəkib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.Qeyd edək ki, 1/4 final mərhələsinin cavab görüşləri aprelin 8-i və 9-da keçiriləcək.
2 aprel
Çempionlar Liqası, 1/4 finalın ilk oyunları
23:45. PSJ (Fransa) - "Çelsi" (İngiltərə) - 3:1
Qollar: Lavezzi, 4 (1:0), Hazard, 27-pen. (1:1), David Luiz, 62-avtoqol (2:1), Pastore, 90+3 (3:1)
23:45. "Real" (Madrid, İspaniya) - "Borussiya" (Dortmund, Almaniya) - 3:0
Qollar: Beyl, 4 (1:0), İsko, 27 (2:0), Ronaldo, 57 (3:0)
Modern.az