Modern.az

Rusiya istehsalı olan şokoladda 2015-ci ildə sahib olacağı ərazilər göstərilib-FOTO

Rusiya istehsalı olan şokoladda 2015-ci ildə sahib olacağı ərazilər göstərilib-FOTO

Təhsil

3 Aprel 2014, 02:38

Modern.az saytı xəbər verir ki, bu şokoladın şəkilləri sosial şəbəkələrdə yayılıb.

Rusiyanın 2015-ci ildə sahib olacağı ərazilər göstərilən xəritə müxtəlif rəng və simvollarla işarələnib.

Qız uşağının şəkli yerləşdirilən ərazilər Rusiyanın indiki ərazisi kimi qeyd edilib.

Yaşıl-ağ zolaqlarla işarələnən yerlər rəsmi Moskvanın yenicə əldə etdiyi torpaqlar, nəhayət, qırmızı kvadratlarla işarələnmiş hissələr isə gələcəkdə Rusiyaya birləşmək perspektivi olan ərazilər kimi göstərilib.

Xatırladaq ki, Rusiya ötən ay Krımı öz ərazisinə qatıb və martın 16-da Krımda keçirilən referendum bu birləşməni rəsmən təsdiq edib.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı