Modern.az

Qaradağda Batumidən Qırğızıstana gedən qatar yandı

Qaradağda Batumidən Qırğızıstana gedən qatar yandı

Təhsil

3 Aprel 2014, 09:59

Qaradağ rayonu ərazisində yük qatarının yanması sərnişin qatarlarının hərəkətində də məhdudiyyət yaradıb. Ağstafa-Bakı sərnişin qatarında olan sərnişinlərin Modern.az-a verdiyi məlumata görə, yanğın gecə saatlarında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və yanğın söndürülüb. Bununla belə, yol bağlı olduğundan sərnişinlər qatarlarda gözləmək məcburiyyətində qalıb. Sərnişinlərdən bir çoxu isə qatarları tərk edərək müxtəlif minik avtomobillərilə öz ünvanlarına gediblər.

Azərbaycan Dəmir Yolları QCS-nın mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov hadisə ilə bağlı Modern.az-a açıqlama verib: “Yanğın Qaradağ rayonu ərazisində gecə təxminən 5 radələrində olub. Hadisə Gürcüstana məxsus vaqonlarda baş verib.  Batumidən Qırğızıstana gedən qatarın vaqonunun dam örtüyünün uçması nəticəsində güclü yanğın baş verib. Yük isə məişət avadanlığından ibarət olub. Bir neçə saatllıq fasilədən sonra qatarların hərəkəti bərpa olunub. Hadisə ilə bağlı araşdırma aparılır”.

 

Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı