Modern.az

Əli Kərimli AXCP-nin toplantılarını üzvlərin mənzilində keçirir

Əli Kərimli AXCP-nin toplantılarını üzvlərin mənzilində keçirir

Təhsil

3 Aprel 2014, 12:19

“Bizim qərargahla bağlı axtarışlarımız davam edir. Özəl mülkiyyət sahiblərinə müraciətlər olunub. Variantlar üzərində müzakirələr gedir. Son hadisələrdən bu günə kimi partiyanın qərargahla təmin olunması işlərində hər hansı bir nəticə yoxdur”.

Bunu AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Modern.az-a açıqlamasında qeyd edib.

 “AXCP-nın istər mərkəzi orqanlarında, istərsə də yerli təşkilatlarının toplantıları partiya üzvlərinin mənzillərində keçirilir. Partiyamız uzun illər ərzində qərargahsız fəaliyyət göstərmək gücünə malikdir. Qərargahsız fəaliyyət göstərdiyi dövrlərdə AXCP ölkədə ən güclü müxalifət partiyasına çevrildi. Ofisimizin yoxluğu işimizə çətinlik yaratsa da, partiyanın fəaliyyəti əvvəlki qaydada davam edir”.

Rafiq Qənbərov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı