Modern.az

Qarabağ qaziləri bir neçə rayonun icra başçısı ilə görüşüb

 Qarabağ qaziləri bir neçə rayonun icra başçısı ilə görüşüb

Təhsil

3 Aprel 2014, 12:51


“Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birliklərinin sədrləri Etimad Əsədov, Firudin Məmmədov və Qazilər birliyinin rəhbərliyində təmsil olunan Yaşar Həziyev, Rizvan Vəliyev, Rey Kərimoğlu Bakının üç rayonun icra başçısı ilə görüşüblər. Bu barədə məlumatı Modern.az-a Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birliklərinin mətbuat xidmətindən veriblər. Bildirilib ki, onlar bütün görüşlərdə Qarabağ əlillərinin real vəziyyəti, onların mövcud problemlərinin konkret həlli və dövlət tərəfindən bu sahədə görülən işləri geniş müzakirə ediblər.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla görüşdə E.Əsədov və F.Məmmədov son günlər Qarabağ əlilləri ilə bağlı dövlət tərəfindən görülən işlərdən, müharibə insanlarının problemlərinin həlli ilə bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı fərmanların əhəmiyyətindən, onların Qarabağ əlillərinin həyatlarının yaxşılaşdırılmasından oynadığı roldan danışıblar. Qarabağ qaziləri eyni zamanda son illər Binəqədi və Sabunçu rayonunda geniş, sürətli quruculuq, abadlıq işləri aparıldığının şahidi olduqlarını bildiriblər. Hər üç görüşdə təşkilat rəhbərləri Qarabağ qazilərinin daima dövlətin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yanında olduqlarını, bundan sonra da olacaqlarını vurğulayıblar.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı A.Vəliyevlə görüşdə yerindəcə bir neçə Qarabağ qazisinin problemi öz həllini tapıb. İcra başçısı Qarabağ qazilərinin həm rayonda, həm də bütünlükdə ölkəmizdə Azərbaycan Respublikasının Prezidentinin tapşırıq və tövsiyələri, ciddi nəzarəti altında aparılan quruculuq, abadlıq işlərini yüksək qiymətləndirməsindən məmnun qaldığını  bildirib.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı X.İsgəndərov bildirib ki, dövlət, ələxsus da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daima Qarabağ əlillərinə diqqət və qayğı göstərir. O, Binəqədi rayonunda da müharibə insanlarına daima təmənnasız diqqət göstərildiyini, bu işin bundan sonra da davam edəcəyini söyləyib.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı N.Məhəməliyev Qarabağ qazilərinə qayğının bir dövlət siyasəti olduğunu bildirib. O, vurğulayıb ki, Nəsimi rayonu Bakının mərkəzi rayonlarından biri olduğundan ərazidə digər rayonlardan olan müharibə insanları da işlə əlaqədar müvəqqəti yaşayırlar. İcra başçısı rayon ərazisində daimi və müvəqqəti yaşayan hər bir müharibə insanına diqqətlə yanaşıldığını, onların problemlərinin həlli üçün əllərindən gələnləri etdiklərini qeyd edib. Hər üç görüşdə icra hakimiyyəti başçılarından xahiş olunub ki, Qarabağ əlilləri, şəhid ailələri və müharibə veteranlarının sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı müvafiq orqanlara öz təkliflərini versinlər.

Qeyd edək ki, Bakı rayon icra hakimiyyəti başçıları ilə görüşlər davam edəcək. Görüşlərin sonunda əldə olunan nəticə barədə hesabat hazırlanaraq Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə və Bakı şəhər icra hakimiyyəti başçısı Hacıbala Abutalıbova göndəriləcək.

Görüşlərin sonunda əldə olunan nəticə barədə hesabat hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə və Bakı merinə göndəriləcək.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı