Modern.az

Gəncə Regional Ofisinə yeni rəhbər təyin olundu

Gəncə Regional Ofisinə yeni rəhbər təyin olundu

Təhsil

3 Aprel 2014, 12:35

Bu gün Gənclər üçün Təhsil Mərkəzinin strukturunda yeni dəyişiklik edilib. Modern.az-ın məlumatına görə,  mərkəzin üzvü Aygün Həsənzadə Gəncə Regional Ofisinə rəhbər təyin edilib.

Gəncə Dövlət Universitetinin məzunu olan A.Həsənzadə bu vəzifəyədək müxtəlif ictimai təşkilatlarda layihə rəhbəri və üzv olaraq təmsil olunub, müxtəlif mükafatlara layiq görülüb.

Mətbuat xidmətindən verilən məlumatlara əsasən, Mərkəz bu ildən Gəncədə fəaliyyət göstərən ofisinin daha da təkmilləşdirilməsi və inkişafı üçün ciddi səylər göstərəcək. Gəncənin 2016-cı ildə Avropanın Gənclər Paytaxtı seçilməsi, şəhərin günbəgün inkişafı və gənclərin ictimai fəallığı Mərkəzin regional ofisinin üzərinə ciddi öhdəliklər qoyub. 

Qeyd edək ki, Gəncə Regional Ofisinin təqdimat mərasimi cari ayın sonu keçiriləcək.

  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı